AzQAC Sumqayıt şəhər bölməsində "PAŞA Həyat"-ın dəstəyi ilə ahıllarımız sevindirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Sumqayıt şəhər bölməsində "PAŞA Həyat"-ın dəstəyi ilə ahıllarımız sevindirilib

"PAŞA Həyat" hər il olduğu kimi bu Qurban bayramında da qeydiyyatımızda olan ahıllarımızı bayram sovqatları və qurban payı ilə sevindiriblər. AzQAC Sumqayıt Regional Mərkəzin Koordinatoru Mətanət Məhərrəmova "Paşa Həyat"-ın əməkdaşı Aysun Şahəliyevanı salamlayıb, hər bayramda bölmə ahıllarına göstərdikləri diqqət üçün onlara bölmə və ahıllar adından minnətdarlığını bildirib. Bayram sovqatlar alan ahıllar da öz növbələrində xeyriyyəçi təşkilat nümayəndəsinə onları bu əziz bayramda sevindirdikləri ücün təşəkkür ediblər.

Bayram qutularının paylanılmasında bölmə könüllüləri fəal iştirak ediblər.